Moskvada yol-nəqliyyat münaqişəsi atışma ilə başa çatıb

Moskvada yol-nəqliyyat münaqişəsi atışma ilə başa çatıb

...Moskvanın cənub-qərbində yol münaqişəsi atışma ilə başa çatıb, bir nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

Münaqişə barədə polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Leninski prospektində hadisə yerinə gəliblər.

Deməli, iki sürücü arasında yaşayış binasının həyətində bir-birinin yanından keçə bilməməsi səbəbindən mübahisə yaranıb. Və münaqişə iştirakçılarından biri travmatik silahla digərinə atəş açıb.

48 yaşlı zərərçəkən xəstəxanaya yerləşdirilib, onun 22 yaşlı rəqibi isə saxlanılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə