1 milyon 800 mindən çox əfqan ölkəyə qayıtdı - Taliban

1 milyon 800 mindən çox əfqan ölkəyə qayıtdı - Taliban

Taliban tərəfindən qurulan Əfqanıstan müvəqqəti hökumətinin İmmiqrasiya və Qayıdış Nazirliyinin rəsmiləri paytaxt Kabildə keçirilən mətbuat konfransında son bir ilin məlumatlarını paylaşıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Əfqan mətbuatının verdiyi məlumata görə, son bir ildə Pakistan və İran başda olmaqla müxtəlif ölkələrdən Əfqanıstana 1 milyon 879 min qeyri-qanuni əfqan mühacir qayıdıb.

Hazırda ölkədən kənarda 7 milyon qeyri-qanuni əfqan mühacir yaşayır, 3 milyon əfqan mühacir isə ölkə daxilində köçkün vəziyyətindədir. Pakistan, Türkiyə və İran həbsxanalarında olan 9700-dən çox əfqan azad edilərək ölkələrinə qaytarılıb. Əfqan hakimiyyəti bəyan edib ki, onlar öz ölkələrinə qayıdan qeyri-qanuni əfqan mühacirlərin cəmiyyətə inteqrasiyası üçün çalışırlar.

2021-ci ilin avqustunda Əfqanıstanda hökumət dəyişikliyindən sonra Əfqanıstan və Pakistan arasında təhlükəsizliklə bağlı problemlər yaranıb. İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının Əfqanıstanda yerləşdiyini və Əfqanıstan administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edir. Əfqanıstan administrasiyası Pakistanın iddialarını rədd edir və onların ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını iddia edir.

Son aylarda iki ölkə arasında bu kontekstdə müzakirələr artsa da, Pakistan hökuməti ölkədə qeydiyyatsız yaşayan və sayı 1,7 milyonu keçən qeyri-qanuni mühacirlərin 1 noyabr 2023-cü il oktyabrın əvvəlinə qədər Pakistanı tərk etmələrini tələb etmişdi. Bu tarixə qədər getməyənlərin deportasiya ediləcəyi açıqlanıb. Bu kontekstdə, 2023-cü ilin noyabr ayından etibarən yüz minlərlə qeyri-qanuni əfqan mühacir Pakistandan öz ölkələrinə, Əfqanıstana qayıtmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə