Ukraynanın Rusiyadan müdafiə olunası heç nə yoxdur..?

Kiyev artıq Qərbin kifayət qədər təchizatına malik deyil...
Ukraynanın Rusiyadan müdafiə olunası heç nə yoxdur..?

...Rusiya zərbələr endirməkdə davam edərkən Ukrayna qüvvələri insan daşıya bilən zenit-raket komplekslərinin tam çatışmazlığını yaşayır. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı bildirib ki, müasir sensorlar və multispektral kameralarla təchiz edilmiş Rusiya kəşfiyyat təyyarələrinə hücumun yeni yollarını tapmaq lazımdır.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski öz bəyanatında qeyd edib ki, Rusiya kəşfiyyatçı pilotsuz təyyarələri döyüş meydanında sərbəst fəaliyyət göstərir və Ukrayna quru qoşunlarının onları vurmaq üçün praktiki olaraq heç bir imkanı yoxdur. Bu da Rusiyaya sərbəst şəkildə hava və raket zərbələri endirməyə imkan verir. Sırskinin sözlərinə görə, onun tabeliyində olan qüvvələr təzyiq vasitələrini təkmilləşdirə və birdəfəlik kamikadze dronlardan istifadə edərək təyyarələrin tutulması üçün taktika hazırlaya bilər.

...Rusiya Aerokosmik Qüvvələrinin, əsasən, Pokrovsk bölgəsində Rusiyanın hücumuna dəstək məqsədilə Ukrayna qüvvələrinə qarşı 132 sürüşmə bombası zərbəsi endirərək yeni rekorda imza atdığı bildirilir. Rusiya mediası dəfələrlə bildirib ki, zərbələr son nəticədə uğurlu olur: Ukrayna qüvvələri kəşfiyyat PUA-larının rəhbərliyi altında uzaq mənzilli hava və raket zərbələrinə qarşı dura bilmir.

...Bir qayda olaraq, Ukrayna Silahlı Qüvvələri Rusiya pilotsuz təyyarələrinə hücum etmək üçün insan daşıya bilən hava hücumundan müdafiə sistemlərindən (MANPADS) istifadə edir, lakin onların sayı kifayət qədər deyil.

Ukraynanın əsas tədarükçüləri - ABŞ, Polşa, Fransa və Böyük Britaniya mövcud arsenallarını demək olar ki, tükəndiriblər və onların hərbi sənaye kompleksi tələb olunan sürətlə daha çox silah istehsal edə bilmir.

Sırskinin pilotsuz uçuş aparatlarına qarşı raket çatışmazlığı ilə bağlı açıqlaması Rusiyanın son həftələrdə irəlilədiyi və bombardman etdiyi şərq Donbassdakı irəli bölmələrə səfərindən sonra verilib.

...Ukraynanın şərq cinahında hərbi münaqişə qızışmaqda davam edir və ukraynalıların təxminən üçdə biri ona son qoymaq üçün Rusiyaya bəzi ərazi güzəştlərini qəbul edəcəklərini deyir.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun yeni sorğusuna əsasən, ukraynalıların 32 faizi ərazilərini Rusiyaya verməyə hazırdır. Qeyd edək ki, bu göstərici keçən il 19 faiz, 2022-ci ildə isə 10 faiz idi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu gün Ukraynada ərazi güzəştlərinə razı olanların payı 3 dəfədən çox artıb.

Bu onu göstərir ki, Ukraynanın Krım da daxil olmaqla Rusiyanın nəzarətinə keçmiş bütün əraziləri qaytarmaq istəyi sönməkdə ola bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə