Türkiyədə iqtisadiyyatda atılan güclü addımlar öz nəticəsini verdi.
Xarici investorlar istiqamətlərini Türkiyəyə çevirdilər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) tanınmış investisiya ekspertlərindən olan Cim Rocers (Jim Rogers) mövzu ilə bağlı mühüm qiymətləndirmələr edərək sərmayədarların Türkiyə bazarına marağına toxunub.
Türkiyədə baş verən hadisələrin investorlar tərəfindən yaxından izlənildiyini bildirən Rocers” beynəlxalq sərmayədarlara Türkiyəyə investisiya qoymağı tövsiyə edərək deyib: "İndi yenidən Türkiyə bazarına baxmaq lazımdır. İnvestorlar yenidən Türkiyə bazarına sərmayə qoymağa başlaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB