Türksat 6A-nın kosmosa səyahəti başlayıb

Türksat 6A-nın kosmosa səyahəti başlayıb

Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A-nın kosmosa səyahəti başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türksat 6A kapsuluna yerləşdirildikdən sonra ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından SpaceX-in Falcon 9 raketi ilə kosmosa buraxılıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu peykin son vəziyyətini paylaşaraq bildirib ki, peykdən ilk siqnal planlaşdırıldığı kimi 67-ci dəqiqədə uğurla alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə