Amerikalılar artıq öz ölkələrinə etibar etmirlər..?

İyirmi il əvvəl amerikalılar G7 ölkələri arasında hökumətlərinə ən yüksək etimad səviyyəsinə malik idilərsə, bu gün onlar ən aşağı səviyyədədir

...Gərək ki, yadınızda olar, 2006-cı ildə Gallup amerikalıların əsas institutlara münasibətini öyrənmək üçün ilk dəfə sorğu keçirdi. Həmən vaxt ABŞ G7 reytinqində Böyük Britaniya ilə birinci yeri bölüşdü.

Amma 2023-cü ildə amerikalıların münasibəti o qədər dəyişib ki, onların ölkələri artıq sonuncu yeri tutub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu The Economist yazır.

Yeni məlumatlar göstərir ki, Birləşmiş Ştatlarda əhalinin milli qurumlara inamı nəzərəçarpacaq dərəcədə azalır. İyirmi il əvvəl amerikalılar G7 ölkələri arasında hökumətlərinə ən yüksək etimad səviyyəsinə malik idilərsə, bu gün onlar ən aşağı səviyyədədir.

...Digər parametrlərə nəzər salsaq, amerikalılar da öz məhkəmə sisteminə ən az etibar edirlər və ədalətli seçkilərə inanmırlar.

...Və yalnız onların silahlı qüvvələrinə inam kifayət qədər yüksək olaraq qalır, lakin indi əvvəlkindən aşağıdır.

Nəşr hesab edir ki, özünü dünyanın ən böyük ölkəsi elan edən ölkədəki siyasi qeyri-müəyyənliyi nəzərə alsaq, bu cür göstəricilər təəccüblü deyil. Və kəskin azalma son illərin hadisələri ilə izah oluna bilər.

…Burada Trampın əli də görünür..?

Kaliforniya Universitetindən Henri Bredi deyir ki, Ağ Evin keçmiş sahibinin 2020-ci il seçkiləri ilə bağlı ittihamlarının səs-küylü olması seçki sisteminə etimadın aşağı səviyyədə olmasında mühüm rol oynayıb. Onun fikrincə, məhkəmə sisteminə inamsızlığın artmasında keçmiş prezidentin də günahı var. Axı, cəmi bir həftə əvvəl o, çirkli pulların yuyulması ilə bağlı cinayət işi üzrə ona qarşı keçirilən məhkəmə prosesini “kommunist şousu məhkəməsi” adlandırmışdı.

Bununla belə, “The Economist” yazır ki, məhkəmə sisteminə inamı ən çox zədələyən şey ABŞ-da abortla bağlı konstitusiya hüququnu ləğv edən 2022-ci ildə Ali Məhkəmənin qərarı olub.

Əvvəllər Demokratlar və Respublikaçılar məhkəməyə bərabər etibar edirdilər. Bu qərardan sonra demokratların inamı azaldı.

…Maraqlıdır ki, Britaniyada hər şey tam əksinədir. Burada vətəndaşların məhkəmə və seçki sisteminə inamı həmişəkindən yüksəkdir. Respondentlərin təxminən 70 faizi seçkilərin bütövlüyünə əmindir, ABŞ-da isə bu rəqəm cəmi 44 faizdir.

…Amma Amerika kimi, Böyük Britaniyada da milli hökumətə inamın kifayət qədər davamlı azalması müşahidə olunur. Lakin demokratiyanın əsaslarına və ədalətli seçkilərə inam hələ də kifayət qədər güclüdür.

…Gallup-dan olan Benedikt Vidcers deyir bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə