...Ukraynanın Xerson vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsindən 39 məktəbli Smorqon rayonundakı (Qrodno vilayəti) “Lesnaya Polyana” reabilitasiya və sağlamlıq mərkəzinə gətirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ONT dövlət telekanalı xəbər yayıb.
Gətirilənlər 8 -15 yaş arasında olan uşaqlardır. Onları Belarus Qırmızı Xaç Cəmiyyətinin (BRC) nümayəndələrinin ziyarət etdiyi bildirilir.
Deyilənlərə görə, məktəblilər Aleksey Talay Fondunun “humanitar layihəsi” çərçivəsində “Lukaşenkonun göstərişi və Birlik Dövləti dövlət katibinin dəstəyi ilə” gətirilib.
...Müxtəlif hesablamalara görə, müharibə başlayandan bəri Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən ən azı 2,5 min uşaq Belarusa aparılıb.
2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın ukraynalı uşaqların işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı həbsinə order verib.
Belarus demokratik qüvvələri Lukaşenkoya münasibətdə də eyni şeyi axtarırlar.
Dekabrın 1-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası BRC-nin üzvlüyünü dayandırıb, çünki təşkilat Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların çıxarılmasında əli olmaqda ittiham olunan baş katibi hələ də Dmitri Şevtsovu istefaya göndərməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB