Bayden Putinə qarşı təhqiramiz ifadələr işlədib

ABŞ prezidenti Co Bayden seçki kampaniyası zamanı çıxışında Rusiya prezidenti Vladimir Putinin ünvanına sərt ifadələr işlədib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Putin və bəzi digər liderlər üzündən nüvə münaqişəsi ilə bağlı daimi bir narahatlıq olduğuna diqqət çəkən Bayden, ən əsas ekzistensial təhlükənin əslində iqlim olduğunu söyləyib. Bayden çıxışında Rusiya lideri Putinə qarşı təhqiramiz ifadələr işlədib. Bayden ABŞ-ın keçmiş prezidenti Donald Trampı rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Putin haqqında danışmadığına görə də tənqid edib. ABŞ prezidenti Bayden Putini Navalnının ölümünə görə məsuliyyət daşıdığını deyib: "Aleksey Navalnının ölümü ilə bağlı xəbər məni həm təəccübləndirdi, həm də qəzəbləndirdi. Putin onu zəhərlədi, həbs etdirdi və mühakimə etdi. Onu həbsxanaya göndərdi və təcrid etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə