Rusiya məhkəməsi əfqan jurnalistin deportasiyası qərarını ləğv edib
Bu arada Sankt-Peterburqda məhkəmə əfqan jurnalist Kobra Həsəninin Rusiyadan çıxarılması barədə qərarı ləğv edib. SİA-nın əldə etdiyi məlumata görə, “Rotunda” agentliyi xəbər verir.
Qərarda qeyd olunur ki, Həsəninin deportasiyası onun hüquq və azadlıqlarını məhdudlaşdırır.
...Bir gün əvvəl məhkəmə Əfqanıstandan olan jurnalisti Rusiya sərhəddini qanunsuz keçməkdə təqsirli bilib və onu iki il koloniyada cəza çəkib. Lakin Həsəninin istintaq təcridxanasında saxlandığı müddət hesablanaraq, məhkum azadlığa buraxılıb.
Xatırladaq ki, jurnalist Kobra Hassani 2021-ci ildə Talibanın hakimiyyətə gəlişi ilə bağlı işinə və feminist baxışlarına görə təqiblərdən və qətllərdən qorxaraq Əfqanıstanı tərk edib. Əvvəlcə o, Ukraynada yaşayırdı, lakin genişmiqyaslı müharibənin başlaması ilə oradan da ayrılmağa qərar verib. Nəticədə, Həsəninin sözlərinə görə, onu Avropaya aparacaqlarını vəd edən vasitəçilər onu aldadaraq qanunsuz olaraq Rusiyaya gətiriblər. 2022-ci ilin mayında Həsəni digər on iki Əfqanıstan vətəndaşı ilə birlikdə Rusiyanı tərk etməyə çalışsa da, Federal təhlükəsizlik xidməti tərəfindən Sankt-Peterburq limanında saxlanılıb.
Məhkəmə zamanı Həsəni Rusiyadan sığınacaq istəyib. Məhkəmə bundan imtina edib və sərhədi qanunsuz keçmə işi üzrə hökm çıxarılandan sonra jurnalistin ölkədən çıxarılmasına qərar verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB