ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yeni 60 milyard dollarlıq yardımı təsdiqləməlidir. Əks halda, qərarsızlıq Çinin Tayvanı işğal etməsinə səbəb ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Reuters agentliyinə müsahibəsində bildirib.
...Ümid edirəm ki, Nümayəndələr Palatası Ukraynanı dəstəkləməyə razı olacaq, çünki bu, xeyriyyəçilik deyil. Bu, öz təhlükəsizliyimizə qoyulan sərmayədir.
Bunu deyən baş katib xatırladıb ki, Avropa və Kanada da Ukraynaya dəstəyini gücləndirir və onların ümumi yardımı Amerikanın köməyindən çoxdur.
Lakin ABŞ-ın töhfəsi "həyati olaraq qalır".
Stoltenberqin fikrincə, Rusiya liderı Vladimir Putin Ukraynada qalib gəlsə, bu, təkcə ona deyil, digər avtoritar liderlərə də güclərin istədiklərini ala biləcəyinə dair siqnal olacaq. Bu, dünyanı daha təhlükəli, Qərbi isə daha həssas edəcək.
“...Bu gün Ukraynadır, sabah Tayvanda baş verə bilər. Buna görə də Pekin və Çin Ukraynada baş verənləri diqqətlə izləyir”, - baş katib əlavə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB