…ABŞ-ın vitse-prezidenti Kamala Harris bazar ertəsi, fevralın 12-də Amerikanın “The Wall Street Journal” qəzetinin müxbirləri ilə söhbətində belə bir ehtiyac yaranarsa, ABŞ prezidenti vəzifəsini icra etməyə hazır olduğunu bildirib. “Mən öz vəzifələrimi yerinə yetirməyə hazıram. Buna heç bir şübhə yoxdur” deyə o, ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin yaşı ilə bağlı seçicilərin narahatlıqlarını şərh etmək istəyinə cavab verib.
“The Wall Street Journal” xəbər verir ki, Harrisin sözlərinə görə, onu iş yerində görən hər kəs onun rəhbərlik qabiliyyətini başa düşür.
Qəzet yazır ki, ABŞ Demokrat Partiyasındakı mənbələrinə görə, demokratlar qarşıdan gələn prezident seçkilərində Baydenin başqa namizədlə əvəzlənməsi ilə bağlı ciddi söhbətlər aparmırlar.
Bundan əlavə, “The Wall Street Journal” qeyd edir ki, praymerizdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi üçün son tarix artıq başa çatıb.
SİA bu barədə rus saytlarına istinad edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB