Ukrayna Silahlı Qüvvələrinin Krımda əldə etdiyi mühüm uğur..?

Yarımadada mühüm düşmən hədəfinin məğlub edilməsi onu göstərir ki, Rusiya hava hücumundan müdafiə sistemi hətta Ukrayna aviasiyasının qanadlı raketlərlə hücumlarından qorunmaq iqtidarında deyil
Ukrayna Silahlı Qüvvələrinin Krımda əldə etdiyi mühüm uğur..?

....Rusiyanın genişmiqyaslı müharibə zamanı itkiləri artıb. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, cümə axşamı, yanvarın 4-də müvəqqəti işğal olunmuş Krıma endirilən zərbə nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin 3-cü radiotexniki alayının komandiri, polkovnik Vadim İsmayılov öldürülüb.

Qeyd edək ki, jurnalist Yuri Butusov Rusiya mənbələrinə istinadən bunu Ukrayna Silahlı Qüvvələri üçün mühüm uğur adlandırıb.

...İsmayılovun ləğvi Rusiya Federasiyasının Hava Hücumundan Müdafiə Komandanlığının komanda məntəqəsinin məhv edilməsi deməkdir.

Və bu onu göstərir ki, bütün ən son avadanlıqların, radarların, zenit-raket sistemlərinin cəmləşməsinə baxmayaraq, Rusiyanın hava hücumundan müdafiəsi hətta özünü Ukrayna aviasiyasının qanadlı raketlərlə hücumlarından qoruya bilmir.

Yeri gəlmişkən, yanvarın 4-də Krım yarımadası pilotsuz təyyarələr və raketlərlə hücuma məruz qalıb. Maraqlıdır ki, Rusiya bu hücumu son zamanların ən kütləvi hücum olduğunu etiraf edib.

Ukrayna ordusu düşmənin sursat anbarlarına və komanda məntəqəsinə hücumların həyata keçirildiyini bildirib.

İnternetdə öldürüldüyü iddia edilən rus generalı Valeri Gerasimovun Rusiya Ordusunun Baş Qərargahının rəisi olması ilə bağlı məlumatlar yayılıb. Daha sonra Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Gerasimovun ləğv edilməsini təsdiqləyən heç bir məlumatı yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə