Medvedev Putinin seçkiyə getmək qərarına reaksiya verib

Bu qərar “məntiqli və düzgün” qərardır...

Bu arada Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Vladimir Putinin prezident seçkilərində iştirak etmək qərarını şərh edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, TASS bu barədə Medvedevin köməkçisinə istinadən xəbər verir.

Medvedev bu qərarı “məntiqli və düzgün” adlandırıb.

O, həmçinin, Putinin prezident kimi fəaliyyətini davam etdirməli olduğunu da əlavə edib.

Bir daha xatırladaq ki, Putin 2024-cü il seçkilərinə necə getməyə qərar verdiyini açıqlayıb

...Prezident artıq hər şeyi deyib. Mövcud vəziyyəti, ölkəmizin keçdiyi dramatik dövrü nəzərə alsaq, bu qərar tamamilə məntiqlidir və düzgündür. O, prezident kimi fəaliyyətini davam etməlidir.

Medvedev bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə