...Çinin yaxın bir neçə il ərzində Tayvana hərbi müdaxilə etmə ehtimalı azdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu adanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Vellinqton Ku bildirib.
...Mən bunun yaxın gələcəkdə və ya ən azı bir-iki il ərzində baş verəcəyini düşünmürəm. Əgər Çin Tayvanı ələ keçirmək üçün amfibiya əməliyyatları keçirməlidirsə, 2027-ci ilə qədər bu qabiliyyətə malik olacağını düşünmürəm.
Bunu Ku keçirdiyi brifinqdə deyib.
RBC xəbər verir ki, Tayvan Təhlükəsizlik Şurasının rəhbəri əlavə edib ki, ada Çinin işğala hazırlaşmasına dair heç bir əlamət görmür. Bununla belə, o əlavə edib ki, Tayvan Çin ordusunun adaya enişini çətinləşdirmək üçün gəmi əleyhinə raketlər, HIMARS çoxsaylı buraxılış raket sistemləri, pilotsuz təyyarələr və “Javelin” tank əleyhinə raket sistemləri də daxil olmaqla müxtəlif silahlardan istifadə edəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB