İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fələstin xalqına təcili yardım və beynəlxalq müdafiənin təmin edilməsinin vacibliyini bəyan edib və beynəlxalq ictimaiyyəti İsrailin Qəzzaya hücumlarının dayandırılması üçün məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İƏT-nin internet səhifəsində verilən bəyanata görə, təşkilatın baş katibi Hüseyn İbrahim Taha Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvü olan ölkələr də daxil olmaqla bir çox beynəlxalq aktorlara mesaj göndərib.
Taha bu mesajlarında beynəlxalq ictimaiyyəti İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün məsuliyyəti öz üzərinə götürməyə çağırıb və hərbi cinayətlərinə məruz qalan Fələstin xalqına təcili yardım və beynəlxalq müdafiənin təmin edilməsini istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB