Türkiyədə Hakkarinin Yüksekova rayonunda təmir etdikləri borudan çıxan təxminən 15 metr uzunluğunda ağac kökünün ilan olduğunu düşünən işçilər böyük qorxu yaşayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yüksekova mahalının Esendere qəsəbəsində axan suyun miqdarı gündən-günə azalmağa başlayınca vətəndaşlar vəziyyəti Esendere Bələdiyyəsinə bildirib.
Qruplar su borularını mərhələli şəkildə yoxlayıb, nasazlığın mənbəyini müəyyənləşdirib və işə başlayıblar. Aparılan işlər nəticəsində su kəmərinin içərisindən təxminən 15 metr uzunluğunda ağac kökü aşkar edilib.
Ağacın kökünü ilana bənzədən işçilər böyük qorxu yaşayıblar. Sonradan bunun ağac kökü olduğu məlum olanda fəhlələr dərindən nəfəs alıb su borusunu təmizləyərək yenidən istifadəyə veriblər.
Məsələ ilə bağlı açıqlama verən Bələdiyyə sədri Dırbaz Büyüksu bunları deyib: “Təxminən bir həftədir ki, qəsəbəmizin içməli suyunda nasazlıq var. Problemləri həll edən qruplarımız gərgin işdən sonra problemi aradan qaldırarkən borunun içərisində təxminən 15 metr uzunluğunda ilana bənzər maddə aşkar ediblər. Dünən gecədən etibarən gərgin iş nəticəsində qruplarımız problemi aradan qaldıraraq şəhərimizə su çatdırıblar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB