Qorxmur, sadəcə olaraq, ehtiyat edir..?

Qorxmur, sadəcə olaraq, ehtiyat edir..?

Almaniya kansleri Olaf Şolz, Moskva ilə mümkün birbaşa münaqişə ilə bağlı narahatlıqlar fonunda uzun mənzilli “Taurus” raketlərinin Ukraynaya çatdırılmasını hələ ki, təxirə salmaqdadır.

SİA-nın əldə etdiyi məlumata görə, Almaniya rəsmiləri kansler Şolzun mürəkkəb silahların saxlanması və işlədilməsi üçün Ukraynaya alman personalının göndərilməsi zərurəti ilə bağlı narahatlığına işarə ediblər.

Maraqlıdır ki,Almaniya koalisiya hökuməti artıq neçə müddətdir ki, “Taurus” raketlərinin Ukraynaya çatdırılmasını təsdiqləsələr də, lakin kansler indiyədək onları qeyri-müəyyən müddətə dayandırıb.

Almaniyadan hərbi mütəxəssislərin Ukraynadakı döyüş zonasına göndəriləcəyi təqdirdə Almaniya ilə Moskva arasında münasibətlərin pisləşməsi ciddi şəkildə gərginləşə bilər ki, bu da raket ötürülməsi halında istisna olunmur.

Yeri gəlmişkən, Şolzun sözçüsü jurnalistlərə verdiyi açıqlamada “Taurus” raketlərinin Ukraynaya çatdırılması planının hələ qəbul edilmədiyini bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukraynanın Sevastopoldakı Rusiya Qara Dəniz Donanmasının qərargahına hücum etmək üçün Britaniyanın “Storm Shadow” raketlərindən istifadə etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə