ABŞ Kuba səfirliyinə edilən hücumu pisləyib

ABŞ Kuba səfirliyinə edilən hücumu pisləyib

Amerika Birləşmiş Ştatları Kubanın ABŞ-dakı səfirliyinə edilən hücumu pisləyib.
SİA-nın əldə etdiyi məlumata görə, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan verdiyi bəyanatda deyib: “Amerika Birləşmiş Ştatlar Kubanın Vaşinqtondakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyir”.
Diplomatik binalara hücumların qəbuledilməz olduğunu bildirən Sullivan araşdırma üçün Kuba səfirliyi rəsmiləri və hüquq-mühafizə orqanları ilə əlaqə saxladıqlarını qeyd edib.
Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla rəsmi ''X'' səhifəsində etdiyi paylaşımda bazar günü axşam saatlarında Kubanın Vaşinqtondakı səfirliyinə molotof kokteyli ilə hücum edildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə