Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı departamentin kollegiyasında çıxış edərək, bu ay keçirilən xüsusi hərbi əməliyyat zamanı rus ordusunun uğurlarından danışıb.
SİA TASS-a istinadən xəbər verir ki, 17 mindən çox Ukrayna hərbçisi və 2700-dən çox silah və hərbi texnika məhv edilib.
Qeyd edək ki, bunu bəyan edən Rusiyanın müdafiə naziri, bundan əlavə Amerikanın yeddi “Bradley” piyada döyüş maşınını, 77 Amerika M777 artilleriya sistemini, iki alman “Leopard” və bir ingilis “Challenger” tanklarını vurduqlarını deyib.
Rusiya Müdafiə Nazirliyinin rəhbəri həmçinin, Ukrayna Silahlı Qüvvələrinin bütün döyüş təmas xətti boyunca ciddi itkilər verdiyini də nəzərə çatdırıb.
“...Kupyanski istiqamətində Sinkovka və Petropavlovka yaşayış məntəqələri yaxınlığında nəzarət zonası əhəmiyyətli dərəcədə genişləndirilib”.
Bunu da Şoyqu əlavə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB