Rusiyanın Ermənistandakı təsirini kimlər sarsıdır?

Lavrov bəyan elədi...
Rusiyanın Ermənistandakı təsirini kimlər sarsıdır?

...Ermənistanda güclü qərbyönlü lobbi fəaliyyət göstərir - o, Rusiyanın bu respublikadakı təsirini sarsıtmağa çalışır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakın yekunlarına dair mətbuat konfransında deyib.

Lavrov, söhbətin Qərbin qeyri-hökumət təşkilatlarının bütöv bir şəbəkəsindən getdiyini bildirib.

Rusiyalı nazirin sözlərinə görə, keçmiş Sovet İttifaqının bir sıra digər ölkələrində olduğu kimi Ermənistanda da ABŞ və onun müttəfiqlərinin maraqlarını müdafiə edən bir çox Qərb fondları da daxil olmaqla yaradılmış qeyri-hökumət təşkilatları təbəqəsi ilə təmsil olunan güclü lobbi mövcuddur.

Lavrov qeyd və əlavə edib ki, bu maraqlar Rusiyanın oradakı təsirini sarsıtmaqdır.

Maraqlıdır ki, nazir Ermənistanda çoxlu sayda oxşar təşkilatların olduğunu da vurğulayıb.

Yeri gəlmişkən, Lavrov buna baxmayaraq, Rusiyanın regiondakl təsirinin artdığını və “hazırda gözümüzün qarşısında çox şey aydınlaşdığını” bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin özü zaman-zaman “oduna yağ tökür”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə