Qərbi Afrikada, Beninin şərqində neft anbarını əhatə edən yanğında azı 34 nəfər həlak olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rəsmi qurumlar məlumat yayıb. Bundan əvvəl Benin xəbər portalı "Beninwebtv" 30-a yaxın şəxsin öldüyünü bildirmişdi.
Yanğın Nigerlə sərhəddəki Seme Krak şəhərindəki bazarda baş verib. Bazarda kustar üsulla istehsal olunan benzin anbarı yanıb.
Yerli hakimiyyət orqanları şəhərə dəymiş ziyanın həcmini müəyyənləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə