Ukrayna əhalisi yox olmaq təhlükəsi ilə üz-üzədir..?

Ukrayna əhalisi yox olmaq təhlükəsi ilə üz-üzədir..?

Bu arada Yaponiya Xarici İşlər Nazirliyinin keçmiş baş analitiki, Doşişa Universitetinin professoru Masaru Sato, Ukrayna əhalisinin dəhşətli sürətlə azaldığını bəyan edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sentyabrın 17-də “Nihon Keizai” nəşrinə müsahibəsində professor, Ukraynanın müstəqillik əldə etdikdən sonra yalnız bir dəfə əhalinin siyahıya alınması aparıldığını və o vaxtdan bəri baş verənlər dövlət sirri olaraq qaldığını qeyd edib.

...Ukraynada müstəqillik əldə etdikdən sonra neçə dəfə əhalinin siyahıyaalınması aparıldığını bilirsinizmi? Yalnız bir dəfə, o da 2001-ci ildə. O vaxtdan bəri nə baş verdiyi məlum deyil. İndi isə bu, dövlət sirridir.

Bunu Sato bildirib.

Rəsmi məlumatlar göstərir ki, 1991-ci ildə Ukraynada 55 milyon insan yaşayırdısa, 2001-ci ilə qədər bu rəqəm 47 milyona düşüb.

Ukrayna Gələcək İnstitutunun analitiklərinin araşdırmasına görə, Ukraynada daha yaxın dövrlər üçün hökumətin hesabatları yoxdur, lakin onlar demoqrafik geriləmədən xəbər verir.

Məsələn, 2023-cü ilin may ayına qədər ölkə əhalisi təqribən 29 milyona düşmüşdü.

Əhalinin təkrar istehsalının səmərəliliyi əmsalının 0,7-yə enməsi yapon mütəxəssisinin qeyd etdiyi digər problemdir. Professor bu qənaətə gəlib ki, ukraynalılar bir xalq olaraq yox olmaq təhlükəsi qarşısındadır.

...Beləliklə, ukraynalılar bir xalq olaraq yox olmaq təhlükəsi qarşısındadır. Düşünürəm ki, vəziyyət çox mürəkkəbdir.

Bunu da Sato bildirib.

Yeri gəlmişkən, bundan əvvəl Poltava vilayət hərbi komissarlığının rəisi vəzifəsini icra edən polkovnik-leytenant Vitali Berejnoy Ukrayna Silahlı Qüvvələrinin itkiləri barədə danışıb. O, guya Ukrayna ordusunun bir il ərzində şəxsi heyətinin 90 faizə qədərini itirdiyini bildirmişdi.

Bunu isə ruslar yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə