Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

İraqın şimalındakı Qəndil və Asos bölgələrində həyata keçirilən hava əməliyyatı nəticəsində çox sayda terrorçu zərərsizləşdirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, PKK/KCK-PYD/YPG və digər terrorçuların zərərsizləşdirilməsi, İraqın şimalından türk xalqına və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror aktlarının aradan qaldırılması, sərhəd təhlükəsizliyini təmin etmək və terroru mənbəyində məhv etmək məqsədilə və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən Türkiye vaxtı ilə saat 00:30-da İraqın şimalındakı Qəndil və Asosda yerləşən və terrorçular tərəfindən qondarma baza olaraq istifadə edilən bölgələrə hava əməliyyatı həyata keçirilib.

Əməliyyat nəticəsində terrorçuların istifadə etdiyi 16 mağara, 4 sığınacaq, 2 anbar dağıdılıb, çox sayda terrorçu zərərsizləşdirilib və bölgədə terror təşkilatına ağır zərbə endirilib.

Bəyanatda əməliyyatdan əvvəl hədəflərin diqqətlə seçildiyi, mülki əhalinin həyat və əmlakının təhlükəsizliyinə, tarixi, dini, mədəni sərvətlərin qorunmasına maksimum diqqət və həssaslığın göstərildiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə