Sərhəd-keçid məntəqələrində koronavirusla bağlı sorğular ləğv edilir
…“Rospotrebnadzor” Rusiya sərhədindən keçən keçid məntəqələrində koronavirus infeksiyası ilə bağlı sorğu vərəqəsinin doldurulması tələbini ləğv edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının baş dövlət sanitar həkimi Anna Popovanın müvafiq qərarı hüquqi informasiyanın rəsmi portalında yerləşdirilib.
Sənədə əsasən, Rusiya Federasiyasının ərazisinə gələn əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün ölkə ərazisinə gələnə qədər, habelə dövlət sərhədindən buraxılış məntəqələrində sorğu vərəqəsinin doldurulması tələbi ləğv edilir.
Bundan əlavə, “Rospotrebnadzor”un ərazi orqanlarına Rusiya Federasiyası vətəndaşlarının, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin epidemiya vəziyyətinin pisləşdiyi ölkələrdən Rusiya Federasiyasına gəldikləri təqdirdə epidemiya əlamətlərinə görə “COVID-19” üçün selektiv testi təmin etmək tövsiyə olunur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB