Kənd Təsərrüfatı Nazirliyi Rusiyada ətin qiymətində azalma gözləyir
Rusiyada ətin bahalaşması mövsümi faktorla bağlıdır və onların azalması avqustun sonunda gözlənilir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu məlum Patruşevin oğlu, kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.
“İstehsalın artımını nəzərə alsaq, düşünürəm ki, yaxın gələcəkdə biz qiymətlərdə azalma müşahidə edəcəyik. Hesab edirəm ki, bu, avqustun sonu - sentyabrın əvvəlində baş verəcək və qiymətlər sabitləşəcək”, - deyə o bildirib.
Qeyd edək ki, ölkədə ət çatışmazlığı və ya onun dəyərinin daha da artması üçün ilkin şərtləri görmədiyini bildirən Kənd Təsərrüfatı Nazirliyi, hazırda bazarda vəziyyətin sakit olduğunu və istehsal həcminin artacağına söz verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB