Alman konserni Ukrayna üçün Belçikadan tanklar alıb

Alman konserni Ukrayna üçün Belçikadan tanklar alıb

Almaniyanın “Rheinmetall” konserni Belçikadan 50 “Leopard-1” tankı alıb, onların bir hissəsinin Ukraynaya təhvil verilməsi planlaşdırılır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Handelsblatt” qəzeti yayıb.

Nəşrin məlumatına görə, tanklar konvertasiya ediləcək, bundan sonra onlardan 30-u Ukraynaya veriləcək.

Bundan əvvəl Belçikanın “Business AM” nəşri adı açıqlanmayan dövlətin aldığı ilk təmir edilmiş “Leopard-1” tanklarının Almaniya və İtaliya vasitəsilə Belçikadan Ukraynaya göndərildiyini yazıb.

Qeyd edək ki, bu tanklar bir neçə il əvvəl tamamilə istismardan çıxarılıb. Nəşrin məlumatına görə, Belçika ordusunun istismardan çıxarılan texnikanı yerləşdirmək üçün kifayət qədər anqarları olmadığından, Belçika tankları OIP Systems şirkətinə hər biri cəmi 15 min avroya satıb. O vaxtdan bəri onlar Tournai şəhərindəki anbarda saxlanılırdı.

Onu da qeyd edək ki, Belçika tankları Ukraynaya təhvil vermədi, çünki onları istismara vermək çox bahadır.

Belə ki, OIP Land Systems onları işlək vəziyyətə gətirmək üçün hər biri üçün yarım milyon avro istəmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə