Türkmənistan Hava Yolları Moskvaya uçuşları dayandırıb

Türkmənistan Hava Yolları Moskvaya uçuşları dayandırıb

Türkmənistan Hava Yolları aviaşirkəti avqustun 1-dən Moskvaya uçuşları dayandırdığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şirkətin saytında məlumat verilib.

Qeyd olunur ki, bunun əvəzinə Aşqabad-Kazan-Aşqabad marşrutu üzrə uçuşlar həyata keçiriləcək.

Aviaşirkətin bildirdiyinə görə, bu qərar “Moskva hava zonasında hava vəziyyəti” ilə əlaqədar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə