Rusiya və litvalı alpinistlər Qırğızıstanda itkin düşüblər

Rusiya və litvalı alpinistlər Qırğızıstanda itkin düşüblər

Üç Rusiya və bir Litva vətəndaşı Qırğızıstan dağlarında yoxa çıxıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti verib.

İtkin düşənlər alpinistlər iyulun 11-də dağ turizmi təşkil edən “Aksai Travel” şirkəti ilə müqavilə imzalayıblar.

“Həmin gün onlar Pobeda zirvəsinə çatdılar. Turist qrupu sonuncu dəfə iyulun 19-da 6900 m yüksəklikdən əlaqə saxlayıb”, - mətbuat xidmətinin nümayəndəsi bildirib.

İyulun 27-də Rusiya Fövqəladə Hallar Nazirliyi Qırğızıstana əməliyyat-axtarış tədbirlərinin aparılması üçün sorğu göndərib. Hazırda 23 xilasedici turistlərin axtarışı ilə məşğuldur. Aksai turizm şirkəti helikopter vasitəsilə itkin düşənləri təkbaşına tapmağa çalışsa da, bu cəhd uğursuz alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə