Qazaxıstan ANKA PUA-sını sınaqdan keçirir

Qazaxıstan ANKA PUA-sını sınaqdan keçirir

Türk Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) istehsal etdiyi ANKA adlı pilotsuz uçuş aparatı Qazaxıstanda sınaqdan keçirilir.
SİA-nın əldə etdiyi məlumata görə, ANKA-nın sınaqları Qazaxıstanın Cambil vilayətindəki xüsusi döyüş hazırlığı mərkəzində aparılır.
Qazaxıstan hərbi hissəsinin uçuş və mühəndis heyəti tərəfindən aparılan sınaqları TAİ nümayəndələri də izləyir.
ANKA-nın hərbi əməliyyat sınağı isə 2024-cü ilin mart ayının ortalarına qədər davam edəcək.
Sınaqlar uğurlu olarsa ANKA PUA-sı Qazaxıstan ordusunun inventarına daxil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə