"Alman"ların “Heil Zelenski!” videosunu ruslar çəkibmiş...

"Alman"ların “Heil Zelenski!” videosunu ruslar çəkibmiş...

Bu arada sosial mediada sağçı populist “Almaniya üçün Alternativ” partiyasının reklamı kimi çəkildiyi iddia edilən alman dilində bir video yayılır.

Deməli, videoda əsas süjet, yəni tamaşaçıya aşıladığı əsas məqsəd guya Almaniyanın Ukraynaya davamlı dəstəyi ölkə sakinlərini qarət etdiyini çatdırmaqdır.

SİA-nın əldə etdiyi məlumata görə, videoda rol alan aktyorlar, sən demə, Almaniya ilə əlaqəsi olmayan və Rusiyada yaşayan ruslar imiş.

Beləliklə, videoda uniformalı insanlar alman ailəsinə - ər, arvad və uşağın yanına gələrək mənzildən dəyərli hər şeyi, o cümlədən ananın qulağındakı sırğaları tutmuş, uşağın əlindəki oyuncağı qədər hər şeyi götürürlər. Sonra isə divardan Ukrayna prezidenti Vladimir Zelenskinin portretini asıb: “Heil Zelenski!” ("Yaşasın Zelenski!”) sözlərini deyib çıxıb gedirlər.

Kreditlərdə Almaniya Ukraynaya yardım üçün artıq 22 milyard avro xərclədiyi deyilir. Kreditlər “Ölkənin NATO-dadırsa, öz evində NATO-ya hazır ol” ifadəsi ilə bitir.

Qeyd edək ki, bu video Rusiyanın Kremlyönlü bloqlarında yayımlanır. Özü də onu daha çox Rusiya Prezidenti yanında İctimai Palatanın üzvü Armen Qasparyan yaymaqdan həzz alır, amma...

Bu günlərdə “Azadlıq” radiosunun jurnalisti Mark Krutov videoda rol alan aktyorları müəyyənləşdirib. Belə ki,

ər rolunu rus aktyoru Valentin Vorobyov, həyat yoldaşı moskvalı Yuliya Konyuxova çəkiliblər.

“Uniformalı kişilər”in liderini isə rusiyalı aktrisa Yuliya Mandriko canlandırıb. “Əsgərlərdən” biri də İqor Alekseyevdir.

Ehtimallara görə, video Rusiyada lentə alınıb.

Necə deyərlər, üç badam, bir qoz...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə