Tanzaniyadakı Natron gölü, içindəki mineral qabıqlarla təmasda olan canlıları anında mumiyaladığı üçün dünyanın ən ölümcül gölü kimi tanınır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qan-qırmızı göl qorxulu heyvan ölüləri ilə insanların diqqətini çəkir.
Canlıları anında daşa çevirən Tanzaniyadakı Natron gölü dünyanın ən təhlükəli gölləri sırasındadır.
Natron gölü nəsli kəsilməkdə olan flaminqolar üçün vacib cütləşmə yeridir. Lakin heyvanlar sudakı mineral qalıqlarla təmasda olsalar, onlar əbədi olaraq donmaq təhlükəsi ilə üzləşirlər.
Suya qan-qırmızı rəng verən bakteriyalar, orta hesabla 26 dərəcə selsi temperaturu, ölümcül duz konsentrasiyası və qələvilik əsasında göldə yaşaya bilən yeganə növdür.
İngiltərədəki Leiçester Universitetindən ekoloq David Harper, suya düşən canlıların cəsədlərinin öldükdən sonra dərhal parçalandığını, gölün sahilinə çox yaxınlaşanların isə sonsuza qədər qalacaq duzla örtüldüyünü ifadə edib.
Dünyanın ən təhlükəli gölündən fotoları təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB