Ərdoğan fələstinli həmkarı Mahmud Abbasla görüşəcək

Ərdoğan fələstinli həmkarı Mahmud Abbasla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fələstin prezidenti Mahmud Abbası qəbul edəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlər, İsrail-Fələstin münaqişəsi kontekstində son hadisələr, aktual regional və beynəlxalq problemlər müzakirə olunacaq.

Həm ikitərəfli, həm də regional məsələlər müzakirə olunacaq. Fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahunun Türkiyə səfəri əməliyyatı ilə əlaqədar təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə