Aİ ölkələri Belarusa qarşı hərbi sanksiyalarla bağlı razılığa gəliblər

Aİ ölkələri Belarusa qarşı hərbi sanksiyalarla bağlı razılığa gəliblər

Avropa İttifaqı (Aİ) ölkələri Belarusa qarşı hərbi sahədə sanksiyalar barədə razılığa gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” yazır.

Nəşrin avropalı diplomatlardan olan mənbələrinə görə, məhdudiyyətlər hərbi texnikaya, o cümlədən təyyarə hissələrinə təsir edəcək.

Nəşr aydınlaşdırır ki, sanksiya siyahısındakı mövqelər Belarusdan Rusiyaya hərbi texnikanın ehtiyat hissələrinin daxil olmasının qarşısını almaq üçün Rusiyaya qarşı sanksiyalarda görünən mövqelərə bənzəyəcək.

Xatırladaq ki, Avropa İttifaqı ilk dəfə 2021-ci ildə Belarusa qarşı sektoral sanksiyaları “artan insan haqları pozuntularına, vətəndaş cəmiyyətinə, demokratik müxalifətə və jurnalistlərə qarşı amansız repressiyalara, həmçinin mayın 23-də Ryanair təyyarəsinin Minskə məcburi enişinə cavab olaraq tətbiq etmişdi.

Bundan əlavə məhdudiyyətlər neft məhsulları və kalium gübrələrinin idxalına təsir göstərib. Qeyd edək ki, Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra Brüssel Belarusa qarşı sanksiyaları sərtləşdirib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə