"Əməliyyat nəticəsində 2 terrorçu zərərsizləşdirilib"

"Əməliyyat nəticəsində 2 terrorçu zərərsizləşdirilib"

Daxili işlər naziri Əli Yerlikaya Şırnak vilayətinin Bestler Dərələr bölgəsində keçirilən əməliyyatda 2 terrorçunun zərərsizləşdirildiyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Yerlikayanın sosial media hesabında etdiyi paylaşıma görə, Şırnak Vilayət Jandarma Komandanlığının kəşfiyyat işindən sonra Şırnak vilayətinin Bestler Dereler bölgəsində əməliyyat keçirilib.

"ATAK" hücum helikopterlərinin dəstəyi ilə J-SİHA və ANKA-S, Jandarma Komando Əməliyyat Taboru Komandanlığının (JOPER), jandarma xüsusi əməliyyat və komando qruplarının iştirakı ilə biri qadın olmaqla 2 terrorçu zərərsizləşdirilib.

Paylaşımda əməliyyatın görüntüləri də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə