Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Türkiyənin maraqlarına uyğun addım atacağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Litvada keçirilən NATO sammitindən sonra Türkiyəyə qayıdan prezident Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Litvaya səfərlərini uğurla başa vurduqlarını bildirən Ərdoğan "Səylərimiz nəticəsində alyans tarixində ilk dəfə olaraq Terrorla Mübarizə üzrə Xüsusi Koordinatorun təyin edilməsi qərarı açıqlandı” deyib.
İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin prinsipial mövqeyinin ilk gündən özünü büruzə verdiyini ifadə edən Ərdoğan deyib:
"Onlara dediyimiz kimi, İsveçin üzvlük protokollarını təsdiq edəcək orqan Türkiye Böyük Millət Məclisidir. Hazırda bir proses gedir. Məclisimiz atılan addımları izləyəcək və dövlətimizin maraqlarına uyğun olaraq düzgün qərar verəcək".
Sammit çərçivəsində bir çox dövlət və hökumət başçıları ilə görüşlər keçirdiyini xatırladan Ərdoğan onu da deyib ki, Avropa İttifaqına üzvlük prosesimizin canlandırılması ilə bağlı müsbət rəy var. Türkiyə hər zaman verdiyi vədlərə əməl edir. Qazan-qazan prinsipi ilə aparılan danışıqların hiss olunan nəticələrini tez bir zamanda görmək istəyirik. Verilən vədlərlə bağlı konkret addımlar ilk növbədə sözügedən ölkələrdə terror təşkilatlarının fəaliyyətinin dayandırılması və terrorçuların ekstradisiya edilməsidir. Avropa İttifaqından görəcəyimiz müsbət işlər nəticəsində verdiyimiz vədləri reallaşdırmaq üçün işə başlayacağıq.
Prezident Ərdoğan ABŞ prezidenti Cozef Baydenlə görüşünə də toxunaraq, Bayden və administrasiyasının F-16 döyüş təyyarələrinin Türkiyəyə satışı ilə bağlı müsbət mövqe tutduğunu, türk nazirlərin də həmkarları ilə görüşərək prosesin Türkiyenin lehinə olmasını temin edəcəklərini vurğulayıb.
Ərdoğan qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı sualı cavablandırarkən, Türkiyenin bu mövzuda mübarizəsinin heç vaxt dayanmadığını və dayanmayacağını deyib.
Vətəndaşlarımız qanunsuz mühacirlər məsələsində müəyyən dəyişiklikləri yaxın zamanda görülən işlərlə hiss edəcəklər” Ərdoğan heç bir insanın ləyaqətinə zidd işlərin aparılmayacağının vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



