Bayden Finlandiyaya səfər edəcək

Bayden Finlandiyaya səfər edəcək

ABŞ Prezidenti Cozef Bayden iyulun 12-də Finlandiyanın paytaxtı Helsinkiyə səfər edəcək. SİA xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin Ofisindən bildirilib.

Birləşmiş Ştatlar lideri orada bir gecə qalacaq. İyulun 13-də Helsinkidə C.Baydenin iştirakı ilə Şimali Avropa ölkələrinin sammiti keçiriləcək. ABŞ Prezidentinin hansı oteldə qalacağı bəlli deyil. Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə Finlandiyaya səfər edərkən "Hilton” mehmanxanasının yanında yerləşən Kalastayatorppa dövlət iqamətgahında qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə