“Tvitter” "Meta"nı məhkəməyə verməyi düşünür

“Tvitter” "Meta"nı məhkəməyə verməyi düşünür

"Meta"nın bir çox ölkədə istifadəyə verdiyi və ilk gündə 30 milyondan çox insanın yüklədiyi “Threads” tətbiqi "Tvitter"ə son dərəcə bənzəyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Tvitter” sahibi İlon Mask “Threads” haqqında yazdığı yazıda “Rəqabət yaxşıdır, fırıldaqçılıq deyil” sözlərini qeyd edib. “Tvitter”in qanuni fəaliyyət təşəbbüsü ilk olaraq Semafor xəbər saytı tərəfindən açıqlanıb. "Tvitter"in vəkili Aleks Spiro "Meta"nın baş direktoru Mark Zukerbenə yazdığı məktubda "Meta"nın “Tvitter”in ticarət sirlərini və digər əqli mülkiyyət hüquqlarını sistemli, qəsdən və qanunsuz olaraq mənimsədiyini” yazıb.

Spiro bildirib ki, "Meta" onlarla keçmiş “Tvitter” işçisini işə götürüb, onlar "Tvitter”in ticarət sirlərini bildikləri üçün "Threads"in inkişafına kömək ediblər. Məktubda "Tvitter"in bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnu özündə saxladığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə