Böyük Britaniya “Sberbank”ın keçmiş sədr müavini Lev Xasisə qarşı sanksiyaları ləğv edib. Britaniya hökumətinin saytında yer alan sənəddə deyilir ki, Xasisin əvvəllər aktivləri dondurulmuşdu, lakin indi bu məhdudiyyətlər aradan qaldırılıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, məhdudiyyətlərin aradan qaldırılmasının səbəbləri nədənsə açıqlanmır.
Xatırldaq ki, Xasis ötən ilin martında, Rusiyanın Ukraynaya hücumundan az sonra Britaniya sanksiyalarına məruz qalıb. Xasislə birlikdə “Sberbank”ın rəhbəri German Qref və “Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov da eyni siyahıda idilər.
Qeyd edək ki, ötən il fevralın ortalarında “Sberbank”, Xasisin öz vəzifəsini tərk edərək elektron ticarət holdinqinə rəhbərlik etmək qərarına gəldiyini bəyan etmişdi. Bununla bağlı top menecer 2022-ci ilin iyununda bankdakı işini başa vurmalı idi.
2022-ci ilin aprelində “Vedomosti”nin həmsöhbətləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından dərhal sonra Xasisin ABŞ-a getdiyini bildirdilər. Başqa bir mənbə isə top-menecerin Rusiya işğalı başlamazdan əvvəl ölkəni tərk etdiyi barədə xəbər yaymışdı.
Bundan sonra Dövlət Duması ölkənin əsas güc orqanlarına Xasisin və dövlətə çıxışı olan digər şəxslərin ölkədən getməsi barədə məlumatların etibarlılığı barədə məlumat tələb etməyi tapşırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB