Almaniya gömrük xidməti Rusiya dövlət nömrə nişanlı avtomobilləri qanuni olaraq müsadirə edə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, agentlik Rusiyada qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahiblərinin məlumatlarından irəli gələn çoxsaylı mətbuat sorğularına cavab olaraq açıqlama verib.
Beləliklə, gömrük rəsmilərinin sözlərinə görə, Rusiyaya qarşı embarqonu müəyyən edən 833/2014 saylı Əsasnamənin 3i maddəsinə əsasən, Rusiyadan Avropa İttifaqına minik avtomobillərinin idxalı qadağandır.
Xatırladaq ki, tənzimləmə 2014-cü ildə qəbul edilib, lakin 24 iyun 2023-cü ildə Avropa İttifaqının 11-ci sanksiya paketinin qüvvəyə minməsindən sonra nəzərəçarpacaq dərəcədə sərtləşdirilib.
Həmin gündən etibarən alman mətbuatında və sosial şəbəkələrdə rus nömrəli avtomobillərin sahiblərinin gömrüklə bağlı problemləri yayılmağa başlayıb.
Yeri gəlmişkən, sanksiyalar təkcə Rusiyadan avtomobillərin idxalını deyil, həm də onların istənilən yerdəyişmə və sadəcə Avropada olmasını əhatə edir.
Sonda qeyd edək ki, qadağanın bütün Avropa İttifaqında tətbiq edilməsi nəzərdə tutulsa da, amma indiyə qədər bu cür hərəkətlər yalnız Almaniyada tətbiq ediılməyə başlanılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB