NATO-nun baş katibi hava bazasına səfəri zamanı çıxış edib

NATO-nun baş katibi hava bazasına səfəri zamanı çıxış edib

“NATO-nun Hava Müdafiəçisi Təlimi ərazisinin hər qarışını müdafiə etməyə hazırdır”– NATO-nun baş katibi
“NATO-nun Hava Müdafiəçisi Təlimi alyansın ərazisinin hər qarışını müdafiə etməyə hazırdır”.
SİA TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş Katibi Yens Stoltenberq Almaniyadakı Yagel Hava Bazasında təlimin qərargahına səfəri zamanı belə deyib. O, qeyd edib:
"Bu, NATO tarixində ən böyük hava təlimidir. Bu təlim NATO-nun müttəfiq ərazisinin hər qarışını müdafiə etməyə və müttəfiq hava məkanının hər qarışını müdafiə etməyə hazır olduğuna dair çox aydın mesaj verir”.
Stoltenberqin sözlərinə görə, təlimin məqsədi münaqişəni təhrik etməkdənsə, onun qarşısını almaqdır.
Qeyd edək ki, Almaniyada və qonşu ölkələrdə iyunun 12-də başlayan "Air Defender" təliminin iki həftə davam etməsi planlaşdırılır. Almaniya rəsmiləri bildirib ki, burada 6 mini Almaniyadan olmaqla 10 minə yaxın hərbçi iştirak edir. Şərqdən gələn hipotetik düşməni dəf etmək üçün məşq etmək məqsədi daşıyan təlim zamanı 250-yə yaxın təyyarə səmaya qalxacaq.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə