ABŞ-da şənlik zamanı atışma olub - ölənlər var

ABŞ-da şənlik zamanı atışma olub - ölənlər var

ABŞ-ın Sent-Luis şəhərində şənlik zamanı atışma baş verib. SİA xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb. Ölən şəxs və 7 yaralı azyaşlıdır.

Hadisə yerindən bir neçə odlu silah və mərmi, o cümlədən tüfənglər üçün giliz tapılıb. Atışmada şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb. Hadisənin iddia edilən motivləri məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə