Putin Rusiyadan gedələrdən danışıb...

Putin Rusiyadan gedələrdən danışıb...

Rusiya prezidenti Vladimir Putin bəzi vətəndaşların ölkəni tərk etməsində qəbahət görmür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Sankt-Peterburq İqtisadi Forumunda çıxış edən dövlət başçısı, bu gün Birləşmiş Ərəb Əmirliklərində, Ermənistanda, Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda və s ölkələrdə xeyli rusiyalının yaşayıb və işlədiyini bildirib.

“Qoy, onlar istədikləri kimi yaşayıb işləsinlər” deyən Rusiya prezidentinin fikrincə, bu məsələdə müsbət cəhətlər də var.

Beləliklə, rusların getməsi, onların başqa ölkələrdə karyera qurması Rusiyanın iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyi ölkələrlə əlavə əlaqəsinin elementi olacaq.

Bunu deyən Putin, əvvəllər gedənlərin bəzilərinin sonradan geri qayıtdıqlarını da etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə