Ukraynada su yolu ilə yoluxucu xəstəliklər arta bilər

Ümumdünya Səhiyyə Təşkilatının Ukraynadakı nümayəndəsi Yarno Habixt (Jarno Habicht) BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında deyib...
Ukraynada su yolu ilə yoluxucu xəstəliklər arta bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynada Kaxovka Anbarı və Su Elektrik Stansiyasının partlamasından sonra daşqınlardan zərər çəkmiş ərazilərdə su yolu ilə yoluxucu xəstəliklərin yayılmasından narahat olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının Ukraynadakı nümayəndəsi Yarno Habixt BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında deyib: "İndiyədək belə məlumatlar daxil olmasa da, ÜST cəmiyyətdə su yolu ilə yoluxucu xəstəliklərlə bağlı maarifləndirmə işini davam etdirir. Bölgədə içməli suya ehtiyacı olan yüz minlərlə insan var. Sökülən bəndin ətrafındakı 30 yaşayış məntəqəsi su altında qalıb. ÜST yerli səhiyyə qrupları ilə işləyir, vəba dəstləri paylanıb. Bölgədə suyun səviyyəsi qalxıb, lakin yaxın günlərdə bu, azalacaq. Bu vəziyyət regionda mina riskini də artıra bilər. Minaların yerləri barədə məlumatlara bir də baxılmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə