Qazaxıstanın şərqindəki Abay vilayətində iyunun 8-də baş vermiş meşə yanğını söndürülür.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, bölgədə yanğınla mübarizə gecə-gündüz sürətini azaltmadan davam edir. Yanğına 1800-dən çox adam, 350 texnika və 14 helikopter cəlb olunub.
Gecə saatlarından Semey şəhəri istiqamətindəki yaşayış məntəqələrinə doğru irəliləyən yanğının qarşısı təcili tibbi yardım nəticəsində alınıb. Yanğınla əlaqədar boşaldılan kəndlərin təhlükəsizliyini təmin etmək üçün rayona 100 nəfərlik jandarma qrupu göndərilib.
Abay vilayətinin icra hakimi Nurlan Uranxayev bildirib: “Yanğında 43 min hektar ərazi yanıb. Ümumi ərazi 60 min hektardan çoxdur. Artıq yanğının yaşayış məntəqələrinə keçmə riski yoxdur. Yanğınsöndürmə işləri iki istiqamətdə davam edir. Yanğın baş verən ərazidəki kəndlər boşaldılıb, vətəndaşlar müvəqqəti təxliyyə məntəqələrinə yerləşdirilib. Tüstüdən zərər çəkən iki meşə işçisinin vəziyyəti hal-hazırda yaxşıdır, digəri üçün axtarış-xilasetmə işləri gedir. Dünən onun traktoru yanğın yerindən tapılıb. Meşə yanğınında həyatını itirən 14 meşə işçisinin ailələrinə lazımi dəstək və köməklik göstərilib”.
Yanğından sonra Qazaxıstanın meşə ərazilərinə girmək qadağan olunub.
Xatırladaq ki, iyunun 8-də Qazaxıstanın şərqindəki Abay vilayətinin Semey meşəsində yanğın baş verib. İlkin müdaxilə edən 14 meşə işçisi həyatını itirib. İyunun 12-də vəzifə borcunu yerinə yetirərkən həlak olan 14 meşə işçisi üçün “Ümumxalq hüzn günü” elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB