“Nigarançılıq çox pis şeydir”

Ukrayna Silahlı Qüvvələri Rusiya hüquq-mühafizə orqanlarına məxsus 700 dəst geyim forması alıb(?)
“Nigarançılıq çox pis şeydir”

Ukrayna Silahlı Qüvvələri təxribat törətmək üçün Rusiya təhlükəsizlik qüvvələrindən təxminən 700 dəst uniforma alıb.

SİA xəbər verir ki, TASS bu barədə iyunun 14-də regionun fövqəladə hallar xidmətinin nümayəndəsinə istinadən yazır.

Ukrayna hərbçiləri Xerson istiqamətində təxribat hazırlamaq üçün Rusiya hüquq-mühafizə orqanlarına məxsus təxminən 700 dəst uniforma alıblar.

Bunu isə Xerson vilayətinin fövqəladə hallar xidmətinin adını .açıqlamayan nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ola bilsin ki, Kiyev rejimi Rusiya ordusunu gözdən salan saxta videolar çəkməyi planlaşdırır. Mənbənin qeyd etdiyi kimi, bu, guya rus qoşunlarının bir bölməsinin məhv edilməsi və ya çoxlu sayda rus əsgərinin əsir götürülməsi ola bilər.

Bundan əlavə, güman edilir ki, Ukrayna tərəfi Rusiya hərbçiləri tərəfindən dinc əhalinin guya edamını təşkil edə bilər və ya Rusiya Federasiyası Silahlı Qüvvələri timsalında insanlar tərəfindən həyata keçiriləcək terror aktları təşkil edə bilər.

Bu cür səhnələşdirilmiş videoçarxların əsas məqsədi, yəqin ki, vətəndaşların rəyi ilə manipulyasiya etmək, panika təşkil etmək və əhali arasında inamsızlıq yaratmaqdır.

Bunu isə TASS ehtimal edir. Amma ruslar bütün bu yaşananlardan yaman nigarandılar.

Allah Sizə rəhmət eləsin, Mirzə Cəlil,..doğurdan da nigarançılıq çox pis şeydir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə