Rusiya Ukraynaya qalib gələcəyi təqdirdə danışıqlar aparacaq?

Rusiya Ukraynaya qalib gələcəyi təqdirdə danışıqlar aparacaq?

Rusiya Ukrayna ilə bağlı danışıqları yalnız hərbi münaqişədə qələbə qazanacağı təqdirdə aparacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu sözləri mayın 29-da “Sky” telekanalına Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.

Avropa İttifaqı Moskvanın yalnız Ukrayna münaqişəsində qələbə çaldıqdan sonra danışıqlar aparacağını bildirib.

Barselonada ekspertlər forumunda çıxış edən Xosep Borrell Ukrayna münaqişəsinin hazırkı vəziyyətinə və gələcək inkişafının nikbin olmadığını gizlətməyib.

Diplomat əmindir ki, Moskva Ukrayna ilə hərbi münaqişədə qalib gəlməsə, rəsmi Kiyevlə sülh danışıqlarından imtina edəcək.

“Mən Rusiyanın müharibədə qalib gəlmək niyyətini açıq şəkildə görürəm. Rusiya qalib gəlməsə, danışıqlar aparmayacaq. Mən bu yay münaqişənin inkişafı ilə bağlı nikbin deyiləm”, - deyə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrell bildirib.

Maraqlıdır ki, bəlkə də elə buna görə də, avropalı diplomat bir daha Avropa İttifaqına üzv olan ölkələri hərbi ehtiyaclar üçün xərclərini artırmağa davam etməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə