Ərdoğandan Qarabağla bağlı paylaşım - FOTO

Ərdoğandan Qarabağla bağlı paylaşım - FOTO

“Türkiyə kimi vətənimiz, Türkiyə kimi evimiz olduğu üçün Allaha nə qədər şükür etsək, azdır”. SİA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib.

O qeyd edib ki, ortaq tariximiz, dilimiz, inancımız və mədəniyyətimiz bir olan bütün ölkələrlə yenidən qucaq açdıq:

“Türk Dövlətləri Təşkilatını yaratmaqla Türk dövlətləri ilə əlaqələrimizi daha da gücləndirdik. Can Azərbaycanla birlikdə 30 illik işğaldan sonra Qarabağı müstəqilliyinə qovuşdurduq”, - deyə Ərdoğan vurğulayıb.

O, paylaşımına Şuşada çəkilən fotonu da əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə