Ukrayna Prezident aparatının keçmiş müşaviri Aleksey Arestoviç ötən gecə Kiyevdə daha iki rus “Kinjal”ı vurulduğunu bildirib.
Arestoviç Yuliya Latınina ilə müsahibəsində Rusiyanın Kinjal” arsenalının çox tez heçə çevrilə biləcəyini deyib.
“Bizim Hərbi Hava Qüvvələrimizin bu gecə daha iki “Kinjal”ı vurduqları barədə məndə məlumat var. Bəli, zarafat öz yerində, amma rusların yüzlərlə malik olduqları raketlər heçə çevrilə bilər”.
SİA bu barədə Ukrayna saytlarına istinad edir.
Müəllif: Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB