Berlində “Porsche” rəsmisinə tort atdılar - VİDEO

Berlində “Porsche” rəsmisinə tort atdılar - VİDEO

Berlində “Volkswagen” şirkətinin səhmdarlarının iclası zamanı insident yaşanıb. SİA “Frankfurter Allgemeine” qəzetinə istinadən xəbər verir ki, iclas zamanı ekoloji fəallar “Porsche AG” şirkətinin Müşahidə Şurasının sədri Volfqanq Porşenin üzərinə tort atmağa cəhd edib. Hadisə “Porsche” rəsmisi Hans Hans Dieter Pötsch çıxış edərkən baş verib.

Fəallar iclasın keçirildiyi zalda müxtəlif şüarlar səsləndirib. Üst geyimini çıxaran aktivistlərdən birinin kürəyində “çirkli pullar” yazısını görmək mümkün olub. Aktivistlər şirkəti həddindən artıq çox avtomobil satmaqda ittiham ediblər.

Qeyd edək ki, Volfqanq Porşe “Volkswagen” şirkətinin səhmlər paketinə sahibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə