Hər il olduğu kimi, bu il aprelin 1-dən Rusiyada hərbi xidmət keçməli olan vətəndaşlar hərbi xidmətə çağırılmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Prezident Vladimir Putin bundan əvvəl hərbi xidmət keçməli olan 147 min rusiyalı gəncin orduya çağırılması haqqında fərman imzalamışdı. Bu rəqəm əvvəlki illərin orta göstəricisindən təxminən 8 faiz çoxdur. Məsələn, 2022-ci ilin yazında hərbi xidmətə çağırılanların sayı 134,5 min nəfər olub.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB